Mən, Hüseynov Fərhad Fazil oğlu 1982-ci ildə sentyabr ayının 16-da Gəncə şəhərində anadan olmuşam.
1999-cu ildə Gəncə şəhər Nizami Aydın adına 18 saylı orta məktəbi bitirmişəm.
16 iyun 2003-cü ildə Azərbaycan Texnologiya Universitetinin «Mühəndis iqtisadiyyatı və idarəetmə» ali peşə istiqamətinin «İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi» ixtisası üzrə bakalavr dərəcəsi almışam.
Hal-hazırda Azərbaycan Texnologiya Universitetinin «İnformasiya və hesablama mərkəzinin», «Təhsilin informasiyalaşdırılması» bölməsinin rəhbəri vəzifəsində çalışıram.
Mənim digər fəaliyyətim veb saytların və elektron vəsaitlərin hazırlanmasıdır. Bu sahədə çalışıram ki, tam qanunvericiliyə əsasən fəaliyyətimi tənzimləyim. Vergilər nazirliyində Fərdi Sahibkar kimi qeydiyyatdan keçmişəm və VÖİN almışam. Sifarişə hazırladığım saytların ödənişindən dövlətimizə vergi ödəyirəm və bununla fəxr edirəm.
Ailə vəziyyəti: evli.
İT sahəsindəki uğurlarım:
1997-ci ildən informasiya texnologiyalarına həvəsim yaranıb. Kompüter sahəsində ixtisaslandığım sahələr veb saytların hazırlanması və elektron vəsaitlərin hazırlanmasıdır.
1999-cu ildən etibarən İnternetin Azərbaycan seqmentində veb saytların və elektron vəsaitlərin hazırlanması ilə məşğul oluram.
Yuxarıda adları çəkilən sahələrin yiyələnməsinə mənə İREX təşkilatının İATP layihəsi böyük köməklik göstərib. Bunun üçün onlara öz dərin təşəkkürümü bildirirəm.
İnternetin Azərbaycan seqmentində səmərəli fəaliyyətimə görə İATP layihəsi tərəfindən bir sıra beynəlxalq diplom və sertifikatlarla təltif olunmuşam. İATP serverlərində mən tərəfdən təmənnasız olaraq 60 veb sayt hazırlanmışdır.
Ümumilikdə 100-dən çox veb saytın və 15 yaxın elektron vəsaitlərin müəllifiyəm.
Kitab oxumağı və klassik musiqini dinləməyi xoşlayıram.