MÜQƏDDƏS QURAN
MÜQƏDDƏS QURANIN RƏQƏMSAL KİTABI (36 DİLDƏ)

RƏQƏMSAL KİTABI YÜKLƏMƏK (RƏSMİ SAYTA KEÇİD)
Quran (Qurani Kərim, Qurani Şərif) (ərəbcə: القُرآن əl-quran) İslam dininin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz.Məhəmmədə vəhy eyləyib.
Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var.
Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə).
Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.
Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.
Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son nəbi Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.
Saytda dərc olunan yeni məlumatlar haqqında xəbərdar olmaq üçün pulsuz abunə olun!

Allah razı olsun
İslam dininin müxtəlif dillərdə yayımına internet məkanında çox rast gəlsəkdə hesab edirəm ki, bu elektron kitabın yeri xüsusi olacaq. Şərhimin sonunu Kövsər surəsi ilə tamamlamaq istərdim.
Bismillahirrəhmanirrəhim.
"Həqiqətən, Biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs. Düşməninin özü sonsuzdur"
Allah səni düşmənlərdən qorusun! Tanrı səni hifz etsin. Allah razı olsun!
Salam.
Çox sağ olun, təşəkkür edirəm!
Hörmətlə Fərhad!
Salam Allahın salamı olsun sizlərə çox sağolun Fərhad Allah-təala elminizi biraz da artırsın. Bizdə sizin elminizdən yararlanaq. Allah razı olsun birdə!!!
Təşəkkür edirəm!
Çox sağ olun Allah sizdən razı olsun!!! Siz ki belə savab iş görürsünüz Allah sizin köməyinizdə dursun!!!
Rəyiniz üçün təşəkkür edirəm!
Salam. Çox sağ olun. Allah sizdən razı olsun.
Salam. Cox sag olun. Allah sizden razi olsun. Ugurlar
Şərhiniz üçün çox sağ olun!